Lüksemburq Ukraynaya 250 milyon avro yardım ayırıb

9-03-2022, 10:43           
Lüksemburq Ukraynaya 250 milyon avro yardım ayırıb
Lüksemburq Ukraynaya 250 milyon avro yardım ayırıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Twitter” hesabında məlumat verib.

“Ölkənin böyüklüyünü onun hərəkətləri sübut edir. Mən Lüksemburqun baş naziri Xavier Bettel ilə danışdım. Humanitar vəziyyət barədə məlumat verdim. 250 milyon avroluq yardıma, sanksiyalar siyasətindəki liderliyinə, ukraynalı qaçqınlara dəstək üçün təşəkkür etdim”, - Zelenski qeyd edib.

Həmçinin, prezidentin sözlərinə görə, o, Bettellə Ukraynanın Aİ yolunda növbəti addımlarını müzakirə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru