KİV: "Britaniya Müdafiə Nazirliyi ordusunun Ukraynaya getməsini qadağan edib"

9-03-2022, 08:21           
KİV: "Britaniya Müdafiə Nazirliyi ordusunun Ukraynaya getməsini qadağan edib"
Britaniyanın Müdafiə Nazirliyi hərbçilərinin Ukraynaya getməsini qadağan edib.

Teref.Az APA-ya istinadən bildirir ki, "Independent" qəzeti xəbər verir ki, əks halda onlar intizam və inzibati tədbirlərə məruz qala bilərlər,

Nəşr Müdafiə Nazirliyinin bəyanatından sitat gətirib:

"Bütün hərbi qulluqçuların növbəti xəbərdarlıq edilənədək Ukraynaya getməsi qadağandır. Bu, məzuniyyətdə olub-olmamasından asılı olmayaraq bütün hərbi qulluqçulara aiddir".

Qəzetin yazdığına görə, nazirlik "Coldstrim" alayının 4 britaniyalı əsgərinin itkin düşməsindən sonrabelə bir bəyanat yayıb.

Onların Ukraynaya getdiyi güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru