Serbiya hakimiyyəti BMT-də Rusiyanın Ukraynanı demilitarizasiya əməliyyatını pisləyən qətnaməni dəstəkləməyə məcbur olub, əks halda Kosova və Metoxiya ilə bağlı vəziyyətdə ərazi bütövlüyü prinsipində israr etmək mümkün olmayacaq.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
“Biz dövlətlərin ərazi bütövlüyünə hörmət etməkdə israrlıyıq, bu, bizim prinsipimizdir. Biz Kosovanın və Metoxiyanın Serbiyanın bir hissəsi kimi qorunub saxlanmasında bunu əsas götürürük. Əgər Ukraynanın işğalı pislənməsəydi, bizim bir daha bu arqumenti irəli sürməyə heç vaxt mənəvi haqqımız olmayacaqdı”, - Vuçiç söyləyib.
Qeyd edək ki, BMT Baş Assambleyası martın 2-də xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya qarşı hücumunu pisləyən qətnamə qəbul edib.