Zelenski: "Müharibə bitməlidir"

9-03-2022, 12:13           
Zelenski: "Müharibə bitməlidir"
Ukrayna Prezidenti: "Biz danışıqlar masası arxasına əyləşməliyik"

Volodimir Zelenski çərşənbə axşamı videomüraciətində yenidən Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara çağırış edib.

AYNA xəbər verir ki, videomüraciət Prezidentin “Telegram” kanalında yayımlanıb.

“Müharibə bitməlidir, biz danışıqlar masası arxasına əyləşməliyik. Lakin vicdanlı və əsaslı. Xalqın maraqları naminə”, - deyə Zelenski bildirib.

Rusiya və Ukrayna daha əvvəl üç raund danışıqlar aparıb. İkinci raundda tərəflər vətəndaşların təxliyyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsi barədə razılığa gəlinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru