Rəsmilər 5 milyard dollar MƏNİMSƏYİB - Putin Administrasiyasında "Ukrayna BÖHRANI"

9-03-2022, 15:46           
 Rəsmilər 5 milyard dollar MƏNİMSƏYİB -
Rusiyada Ukraynaya görə daxili çəkişmə başlayıb. Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, Putin Prezident Administrasiyasının nəzarət və audit şöbəsinin müdiri Dmitri Şalkov, Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə, baş prokuror İqor Krasnov və FTX direktorunun birinci müavini Sergey Korolyova 2014-2022-ci illərdə Ukraynada təxribat fəaliyyətləri və “beşinci kolon”un formalaşması üçün ayrılan vəsaitlə bağlı hərtərəfli yoxlama aparmağı tapşırıb.

Ukrayna istiqamətinə rəhbərlik edən şəxslər vəsaitləri mənimsəməkdə şübhəli bilinirlər: prezidentin keçmiş köməkçisi Vladislav Surkov, qonşu ölkələrlə mədəni və ictimai əlaqələr şöbəsinin keçmiş rəhbəri, general Vladimir Çernov, onun bu vəzifədə varisi, rəis İqor Maslov. 5-ci FTX xidmətinin generalı Sergey Beseda, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov, İqtisadi İnkişaf Nazirliyində Ukrayna istiqamətinin keçmiş kuratorları Mixail Babiç və Yana Lantratova, Abxaziyanın hazırkı xarici işlər naziri İnal Ardzinba və başqaları.

Ehtimal olunur ki, adı çəkilən şəxslər bütün işləri tam uğursuzluğa uğradaraq, Putini açıq dezinformasiya ilə qidalandıraraq, təxminən 5 milyard dolları “mənimsəyib”lər. Və bunun əsasında Putin qoşun yeritmək qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru