Zelenskinin ofisi Ukraynanın neytral statusunun müzakirəsi üçün şərtini açıqlayıb
9-03-2022, 21:52
“Ukrayna Təhlükəsizlik zəmanəti verildiyi təqdirdə Rusiyanın neytrallıq tələbini müzakirə etməyə açıqdır, lakin bir qarış da olsa ərazi güzəşti etməyəcək”.
Bunu “Bloomberg”ə açıqlamasında Ukrayna Prezident administrasiyasının Xarici Siyasət və Avropaya İnteqrasiya Baş idarəsinin direktoru İqor Jovkva deyib.
O, Ukraynanın diplomatik həll yoluna hazır olduğunu vurğulayıb. “Nümayəndələr heyəti səviyyəsində müzakirələrin artıq üç raundu olub. Sabah bizim xarici işlər nazirimiz Türkiyə xarici işlər naziri ilə birlikdə Rusiya xarici işlər naziri Lavrovla görüşəcək. Daha da vacibi, mənim Prezidentim Prezident Putinlə birbaşa müzakirələrə hazırdır. Biz geniş spektrli müzakirələrə hazırıq. Amma təəssüf ki, bu cür hazırlığı Prezident Putinin özündə görməmişik", - deyə Jovka bildirib.
O, əlavə edib ki, iki ölkənin Prezidentləri arasında bu cür görüş keçirilməsi üçün Ukraynanın ön şərti dərhal atəşkəs və Rusiya qoşunlarının ölkədən çıxarılmasıdır.(APA)