“Qadağa birinci bizi öldürəcək”- Rusiyapərəst Le Pen

10-03-2022, 00:04           
“Qadağa birinci bizi öldürəcək”-
Aİ ölkələrinin Rusiyadan neft idxalına qadağa qoyması fəlakətli nəticələrə səbəb olacaq.

Bunu Fransa deputatı və Milli Cəbhə Partiyasının lideri Marin Le Pen bildirib.

“Bununla Rusiyaya zərər vurmağa çalışmaq doğru olmayan yoldur. Belə olan halda, ilk növbədə iqtisadiyyatımız ölmək riski ilə üz-üzə qalır və görünür, biz bu gün buna can atırıq”, - deyə parlamentari “France 2” telekanalında bildirib.

Bundan əvvəl Aİ-nin beynəlxalq məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Aİ-nin Rusiyadan enerji idxalına qadağa qoymayacağını bildirmişdi.

Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa qoyulacağını ABŞ Prezidenti Co Bayden bəyan edib. Amerika lideri qeyd edib ki, Vaşinqton Aİ ölkələrinin bu qadağaya qoşulmasında israr etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru