İtaliyanın enerji nəhəngi Rusiya neftindən imtina etdi

10-03-2022, 09:18           
İtaliyanın enerji nəhəngi Rusiya neftindən imtina etdi
İtaliyanın ən böyük neft-qaz şirkəti “Eni” Rusiya neftinin alınması üçün yeni müqavilələr bağlamayacaq.

“Eni” Rusiyadan neft və neft məhsullarının alınması ilə bağlı yeni müqavilələrin bağlanmasını dayandırıb. “Eni” Avropa və İtaliya qurumları tərəfindən qəbul ediləcək istənilən qərara tam əməl edəcə”, - şirkətin nümayəndəsi bildirib.

Qeyd edək ki, martın 2-də “Eni” şirkəti “Qazprom”un idarə etdiyi Türkiyə və Rusiya Federasiyasını birləşdirən “Mavi Axın” qaz kəmərindəki payını satmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl BP və “Shell” kimi bir neçə Qərb şirkəti də Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Rusiya aktivlərindən imtina etdiyini elan edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru