Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmir
10-03-2022, 10:37
Belarus silahlı qüvvələrinin hərbçiləri Rusiyan;n tərəfində Ukraynaya qarşı müharibədə iştirak etmək istəmirlər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“2022-ci il martın 8-də Belarus silahlı qüvvələrində Rusiya silahlı qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqları barədə daxili anonim sorğu keçirilib.
Nəticələr göstərir ki, şəxsi heyətin böyük əksəriyyəti Ukraynaya qarşı müharibədə iştirak etməyə hazır deyil”, - deyə məlumatda bildirilib.