ABŞ NATO ilə Polşanın MiQ-29 təklifini müzakirə edir

10-03-2022, 09:30           
ABŞ NATO ilə Polşanın MiQ-29 təklifini müzakirə edir
ABŞ Kiyev və NATO müttəfiqləri ilə SSRİ istehsalı olan MiQ-29 qırıcılarının Polşa tərəfindən Ukraynaya mümkün transferi ilə bağlı texniki problemləri müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Hazırda ABŞ-ın Müdafiə Naziri Lloyd Ostin, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli və müdafiə heyətimiz ukraynalı həmkarları və NATO-dan olan həmkarları ilə əlaqə saxlayır, aşkar logistika problemlərini müzakirə edirlər” –deyə məlumatda bildirilir.
Qeyd edək ki, Polşa Ukraynaya yardım üçün NATO-ya MiQ-29 qırıcıları vermək barədə təklif irəli sürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru