ABŞ-ın Energetika naziri qaz və neft şirkətlərinə səsləndi: “Müharibədəyik, hasilatı artırın!”

10-03-2022, 11:07           
ABŞ-ın Energetika naziri qaz və neft şirkətlərinə səsləndi:
ABŞ-ın energetika naziri Cennifer Qranholm Rusiya-Ukrayna müharibəsindən sonra artan enerji böhranı səbəbindən neft və təbii qaz istehsalçılarını tədarükləri artırmağa çağırıb.

Ovqat.com-un məlumatına görə, Qranholm CERAWeek Enerji Konfransındakı çıxışında yanacağın qiymətlərinin artmasının təsirlərinin ağır olduğunu söyləyib.

Bazarın sabitləşməsi üçün qısamüddətli tədarükün uyğun şəkildə artırılmasının vacibliyini vurğulayan Qranholm, ABŞ-ın "müharibə vəziyyətində" olduğunu və bu böhran dövründə daha çox tədarükə ehtiyac duyulduğunu bildirib.

“Hazırda cari tələbatı ödəmək üçün neft və qaz hasilatına ehtiyacımız var”, - Qranholm belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru