İran üçün şok: “İslamçı” yazar İsrail casusu imiş - VİDEO

10-03-2022, 13:19           
İran üçün şok: “İslamçı” yazar İsrail casusu imiş - VİDEO
“Azad İran” “YouTube” kanalı İran mətbuatında və sosial şəbəkələrin İran seqmentində haqqında ən çox danışılan Katrin Şakdam adlı xanım barədə süjet hazırlayıb.

Belə ki, Beynəlxalq media qurumlarında və araşdırma mərkəzlərində bir təhlilçi, jurnalist və siyasi şərhçi kimi yaxşı tanınan həmin xanımın adı bu dəfə tamam başqa kontekstdə - İran hakimiyyəti və rəsmi mediası ilə əlaqələri müstəvisində hallanmaqdadır.

O, Fransada bir yəhudi ailəsində dünyaya gəlib və daha çox İngiltərədə yaşayıb.

K.Şakdamın bir çox nüfuzlu media orqanlarında çoxsaylı məqalələri dərc olunub.

Daha sonra onun İranla münasibətləri soyuyub və məqalələri silinib.

Ötən il isə “Time of İsrael” qəzetində K.Şakdamın böyük məqaləsi dərc olunub. Burada şərhçi İran hakimiyyətinin bəzi planlarını açıqlayıb.

Bundan sonra bir çox İran siyasətçisi onu İsrailə casusluq etməkdə ittiham edib.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru