Filippin ABŞ qüvvələrinə hərbi obyektlər açmağa hazırdır.
Manset.az xəbər verir ki, Filippinin Vaşinqtondakı səfiri Xose Manuel Romualdez ABŞ-ın Ukrayna müharibəsinə qarışacağı təqdirdə ABŞ qüvvələrinə hərbi obyektlər açmağa hazır olduqlarını açıqlayıb. Romualdez dediyinə görə, prezident Rodriqo Duterte bildirib ki, ABŞ müharibəyə qoşularsa, 1951-ci ildə imzalanan müdafiə müqaviləsinə uyğun olaraq bu ölkədə hərbi obyektlər açılacaq.