Lavrov Qərbə xəbərdarlıq etdi
10-03-2022, 16:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kuleba arasında Türkiyənin Antalya şəhərində keçirilən və 90 dəqiqə davam edən danışıqlar başa çatıb.
“Paralel.az ” xəbər verir ki, görüşün yekunu barədə açıqlama verən Lavrov Ukraynaya konkret həll təkliflərini təqdim etdiyini bildirib.
O bildirib ki, Putin və Zelenskinin görüşünün mümkünlüyünü də müzakirə ediblər: ”Putinlə Zelenski görüşü görüş xatirinə görüş olmamalıdır”.
Lavrov eyni zamanda Ukraynaya silah tədarükünün təhlükəsi barədə xəbərdarlıq edib.
“Ukraynaya xaricdən silah tədarükünə gəlincə, biz Qərb həmkarlarımızın, o cümlədən Avropa ittifaqının indi nə qədər təhlükəli hərəkət etdiyini görürük. Hansı ki bu Qərbin özünün təşviq etdiyi bütün prinsip və dəyərlərinə ziddir. Ukraynaya ölümcül silahların, o cümlədən minlərlə insanın çiynində istənilən yerə köçürülə bilən və mülki aviasiyaya təhlükə yaradan zenit-raket kompleksləri tədarük edilir”, - Lavrov