Katalin Novak Macarıstanın yeni prezidenti seçilib. Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, o, bu vəzifədə Yanoş Aderi əvəz edəcək. Bildirilir ki, ölkənin Dövlət Assambleyasının (birpalatalı parlament) deputatlarının üçdə ikisi onun namizədliyinə səs verib. Qeyd edək ki, Novak tarixdə Macarıstan prezidenti postunu tutan ilk qadın olub.