"Heç vaxt Tayvanın "müstəqilliyini" qəbul etməyəcəyik" - Çin
10-03-2022, 18:10
Çin Tayvan məsələsi ilə bağlı bir daha mövqeyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikası Müdafiə Nazirliyi bəyan edib ki, Tayvan məsələsi onların daxili işidir.
- Çin heç vaxt Tayvanın "müstəqilliyini" qəbul etməyəcək. Bu məsələ yalnız daxili məsələdir, xarici müdaxilə qəbuledilməzdir, - Nazirliyin bəyanatında deyilir.