"Avropa Birliyindən konkret siqnal gözləyirik" - Zelenski

10-03-2022, 18:20           
"Avropa Birliyindən konkret siqnal gözləyirik" - Zelenski
Artıq 15 gündür ki, müdafiə olunuruq. Biz dözdük. Ukrayna ordusu önəmli bölgələrdə hücumları dəf edir, hərbçilərimizin, milli qvardiyanın, sərhədçilərimizin, polislərimizin və müdafiəyə qoşulan hər kəsin sayəsində kölə olmaqdan qurtulduq. AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, ukraynalılar heç vaxt kölə olmayıblar və olmayacaqlar da.

- Bu bizim ruhumuza yaddır. Müharibədən sonra düşmənin dağıtdığı hər yeri bərpa edəcəyik. Tezliklə zərər çəkmiş hər bir şəhərin bərpası üçün xüsusi dövlət proqramı hazırlanacaq. Artıq bu barədə tapşırıq vermişəm. Çerniqov, Sumı, Axtırka, Jitomir, Mariupol və s. şəhərlərdə rus işğalından əsər əlamət belə qalmayacaq. Ən yaxşı memarlar, ən yaxşı şirkətlər cəlb ediləcək və ən yaxşı layihələr tətbiq ediləcək.

O qeyd edib ki, yaxın günlərdə Avropa İttifaqı liderləri Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün toplaşacaq.

- Ukraynanın Avropa Birliyinə üzvlüyü məsələsi də müzakirə ediləcək. Biz konkret siqnal, güclü dəstək gözləyirik. Ukraynanı birliyə qəbul etməklə Avropa ədalətli qərar vermiş olacaq. Avropaya yaraşan da elə budur. Kimin hansı vəzifəni daşıdığını, kimin lehimizə, yaxud əleyhimizə olduğunu, kiminin də öz mənfəətini güddüyünü və Avropanı sadəcə mühasibatlıq hesab etdiyini yaxşı bilirik. Bunu hamı görəcək, həyat özü hər şeyi göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru