Zelenskidən ruslara BÖYÜK ZƏRBƏ: MÜHÜM SƏNƏDİ imzaladı

10-03-2022, 19:26           
Zelenskidən ruslara BÖYÜK ZƏRBƏ:
Vladimir Zelenski Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin əmlakının dəyərinə görə heç bir kompensasiya alınmadan məcburi müsadirə edilməsini nəzərdə tutan qanunu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

“Ukrayna Prezidenti V.Zelenski Ukrayna Ali Radası tərəfindən qəbul edilmiş “Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüquqları obyektlərinin məcburi müsadirə edilməsinin əsas prinsipləri haqqında” Ukrayna qanununu imzalayıb”, - məlumatda deyilir.

Bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüququ obyektlərinin sosial zərurətdən (o cümlədən hərbi zərurətlə bağlı təcili tələb olunduğu hallarda) məcburi müsadirə edilməsinin hüquqi əsaslarını müəyyən edir.

Qanuna görə, Ukraynada Rusiyanın və onun rezidentlərinin mülkiyyət hüquqları obyektlərinin məcburi müsadirə edilməsi Rusiya Federasiyasının başlatdığı və davam edən genişmiqyaslı təcavüzkar müharibəni nəzərə alaraq, onların dəyərinin heç bir əvəzi ödənilmədən (ödənişsiz - red.) həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru