“Bu ölkələrdə qan tökülməsi normaldır”- İngiltərə şahzadəsi

11-03-2022, 01:01           
“Bu ölkələrdə qan tökülməsi normaldır”- İngiltərə şahzadəsi
Londonda Ukrayna Mədəniyyət Mərkəzinə səfəri zamanı danışan şahzadə Uilyam Afrika və Asiyada qan tökülməsini normal hal kimi qiymətləndirib.

Sfera.az xəbər verir ki, Avropada müharibəyə şahid olmağın normal olmadığını qeyd edən şahzadə Uilyam könüllülərə müraciət edərək aşağıdakı ifadələrdən istifadə edib:

"Afrika və Asiyada müharibə və qan tökülməsinin şahidi olmaq Avropadan daha normaldır. Bunu Avropada görmək qəribədir. Hamımız sizin arxanızdayıq".

Qeyd edək ki, orta əsrlərdən bu günə qədər Avropada "Yüzillik müharibə”, İngiltərədəki müstəqillik və taxt-tac mübarizələri, Fransa və Almaniyada din-məzhəb savaşları, İtaliya və İspaniyada hökmranlıq mübarizəsi, "30 illik müharibə” və "80 illik müharibə” kimi bir çox qanlı müharibələr baş verib.

Bundan əlavə, Birinci və İkinci Dünya Müharibələrində münaqişənin mərkəzi daha çox Avropa qitəsi olmuşdu.

Bütün bu müharibələrdə yüz milyonlarla insan həyatını itirmişdi.

Bu müharibələrə baxmayaraq, Avropa liderləri və siyasətçiləri müharibə ilə bağlı oxşar çıxışlar edərək Avropanı sivilizasiyanın və bəşəriyyətin mərkəzi kimi göstərmək istiqamətində ideoloji səylər göstərirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru