Çinin Xarici İşlər naziri Ukrayna böhranı ilə bağlı Qərbi necə ifşa etdi?!- “Global Times”-in ŞƏRHİ
11-03-2022, 00:02

Çinin Xarici işlər naziri Vanq Yi bu günlərdə bəyan etdi ki, Ukraynadakı vəziyyətlə bağlı Qərb təbliğatı mif yaradıb. Ukrayna böhranının tək günahkarı ABŞ-dır. Heç bir təbliğat kompaniyası bu günahı başqa ölkələrin üzərinə ata bilməyəcək. Ukraynada gərginlik fevral ayından etibarən artır. Bəzi Qərb siyasətçiləri və media qurumları, xüsusən də amerikalılar Ukrayna böhranı ilə bağlı yalan məlumatlar yayaraq Çinə böhtan atmaqda davam edirlər.
KONKRET.az xəbər verir ki, bazar ertəsi, martın 7-də BMT Baş Assambleyasının iki sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Çinin dövlət müşaviri və Xarici işlər naziri Vanq Yi Ukraynadakı vəziyyətlə bağlı Qərbin qurduğu “tələlər”dən danışdı. Bəs bu tələlər hansılardır?
Birinci tələ: Çinin Rusiyanın planları barədə əvvəlcədən məlumatlı olduğuna dair saxta ittiham. Bu ritorika Çin və Rusiya arasında ziddiyyət yaratmağa xidmət edır. Nəzərə alaq ki, Rusiya müstəqil və böyük dövlətdir. Keçirəcəyi əməliyyatlarla bağlı qərarları o, öz strateji baxışları və maraqlarına uyğun verir. Son 30 ildə ABŞ Rusiyanın güclü müqavimətinə baxmayaraq, NATO-nu şərqə doğru 5 dəfə genişləndirib. Ukrayna prezidenti Vladimir Zelenski 2021-ci ilin avqustunda ABŞ-a səfər edərkən dövlət katibi Entoni Blinken Vaşinqtonun “Rusiya təcavüzündən müdafiədə” Ukraynanı dəstəkləməyə davam edəcəyini deyib. Ona görə də Rusiya ilə Ukrayna arasında münaqişənin kəskinləşməsindən sonra onun əsas pərdəarxası oyunçusu məhz Amerikadır.
İkinci tələ: Ukraynadakı vəziyyətin pisləşməsinə “göz yumduğuna” görə Çinə böhtan atmaq. BMT-də keçirilən mətbuat konfransında Vanq Yi bir daha bəyan edib ki, beynəlxalq ictimaiyyət indi diqqətini iki əsas məsələyə yönəltməlidir. Birincisi, tərəflər arasında sülh və danışıqları təşviq etmək. İkincisi, genişmiqyaslı humanitar böhranın qarşısını almaq. Nazir bildirib ki, Çin Qızıl Xaç Cəmiyyəti Ukraynaya təcili olaraq yardım göndərəcək. Çin Ukrayna böhranının sülh yolu ilə həllinə özünəməxsus şəkildə kömək edir. Bununla belə, bəzi ölkələrin mediası və siyasətçiləri hələ də Ukraynadakı vəziyyəti kifayət qədər kritik hesab etmirlər. Əksinə onlar vəziyyəti gərginləşdirərək başqa ölkələrə təzyiq göstərməkdə davam edirlər.
“Global Times”, Çin. 10 mart 2022.
Tərcümə etdi: Lətif.A,