Latviyada Rusiya kanallarına baxanlar 700 avro cəzalandırılacaq

11-03-2022, 09:48           
Latviyada Rusiya kanallarına baxanlar 700 avro cəzalandırılacaq
Latviya parlamenti qadağan olunan Rusiya kanallarına baxmağa görə cəzanı təsdiqləyib.

Belə pozuntuya görə sakinlər xəbərdarlıq ala, yaxud da 700 avroya (1,3 min manat) qədər cərimələnə bilərlər.

Bu barədə Seymin İnsan Hüquqları və İctimai Əlaqələr Komissiyasının rəhbəri Artus Kaymıniş bəyan edib.

O, Rusiyanın Ukraynaya genişmiqyaslı əməliyyatlarından sonra Latviyanın informasiya məkanını gücləndirmək üçün belə bir addım atıldığını bildirib.

“Təcrübə göstərir ki, insanlar qeyri-qanuni dekoderlərdən və peyk antenalarından istifadə edirlər, beləliklə də hələ də dezinformasiya və Kreml təbliğatı olan telekanallara çıxış imkanına malikdirlər”, - deyə Kaymins əlavə edib.

Qeyd edək ki, Latviyada Rusiya və Belarus telekanallarının yayımı qadağan edilib.

Mənbə: Delfi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru