PUTİN MƏHBUSLARI AZAD EDİB, UKRAYNA İLƏ SAVAŞA GÖNDƏRİR – Müharibədə iştirak müqabilində onlara amnistiya təklif olunur

11-03-2022, 10:41           
PUTİN MƏHBUSLARI AZAD EDİB, UKRAYNA İLƏ SAVAŞA GÖNDƏRİR –
Çerniqov vilayətində Ukrayna Silahlı Qüvvələri ilə toqquşmalar zamanı rus qoşunları xeyli itki verməkdə və təslim olmaqda davam edir.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Çerniqov vilayəti ərazisində kəskinləşən toqquşmalar zamanı Rusiya qoşunları xeyli itki verməkdə davam edir. Ona görə də bu istiqamətdə düşmənin şəxsi heyəti ruhdan düşür və təslim olur. Son 6 saat ərzində Ukrayna və düşmən qoşunlarının mövqeyində ciddi dəyişiklik baş verməyib.

Düşmənin hərəkətlərinə gəlincə, müvəqqəti ələ keçirilən ərazilərdə aqressiv rus təbliğatı aktiv fəaliyyətdədir. Rusiyayönlü mesajlar yaymaqla yerli əhali ilə danışıqlar aparmağa çalışırlar”.

Ukrayna Silahlı Qüvvələrinin açıqlamasında o da qeyd olunur ki, Rusiyada islah koloniyalarında əfv müqabilində məhbusların savaşa göndərilməsi istiqamətində də iş davam etdirilir.

“Hər kəsi, hətta hərbi xidmət təcrübəsi olmayanları da Rusiya Federasiyasının silahlı qüvvələrinə qəbul etməyə hazırdırlar.

Xerson vilayəti ərazisində düşmən müvəqqəti işğal olunmuş yaşayış məntəqələrində “asayişi” qorumaq üçün komendatura sistemi yaradaraq, inzibati-polis rejimi tətbiq etməyə çalışır.

Bəzi yaşayış məntəqələrində düşmən beynəlxalq humanitar hüququn normalarını pozaraq quldurluq edir, mülki əhalini girov götürür və edam edir”, - Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru