Hindistan Pakistana səhvən raket atdığını etiraf etdi

11-03-2022, 22:24           
Hindistan Pakistana səhvən raket atdığını etiraf etdi
Hindistan Pakistana təsadüf nəticəsində raket atdığını təsdiqləyib.

Demokrat.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi Pakistana qarşı təsadüfən raket buraxıldığını təsdiqləyib və hadisəni araşdıracağını bildirib.

"2022-ci il martın 9-da planlaşdırılmış texniki xidmət zamanı texniki nasazlıq raketin təsadüfən buraxılmasına səbəb olub. Hindistan hökuməti ciddi mövqe tutub və yüksək səviyyəli istintaq məhkəməsinin yaradılması barədə göstəriş verib. Məlum olub ki, raket Pakistan ərazisinə düşüb”, - deyə Hindistan MN-nin açıqlayıb.

“Bu hadisə bizdə dərin təəssüf hissi doğurub, hadisə nəticəsində heç kimin ölməməsi bizi həm də rahatlaşdırır”, - nazirlikdən deyilib.

Qeyd edək ki, bundan öncə Pakistan Xarici İşlər Nazirliyi Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkilinə zəng edərək hava məkanının əsassız şəkildə pozulmasına görə ona kəskin etirazını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru