“Hindistan Rusiya və Ukraynaya münasibətdə neytral mövqedə dayanır” - Narendra Modi
12-03-2022, 07:54
Hindistan həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayır, ona görə də Rusiyanın xüsusi hərbi əməliyyatına münasibətdə neytral mövqedə dayanır.
Bu barədə Baş nazir Narendra Modi martın 10-da axşam hakim «Bxaratiya canata parti» partiyasının mənzil-qərargahında 5 ştatda regional seçkilərdəki qələbəsindən sonra bəyan edib.
«Hindistan bu müharibəyə cəlb olunmuş ölkələrlə iqtisadi, təhlükəsizlik, təhsil və siyasət sferalarında münasibət saxlayır. Hindistanın bir sıra tələbatı bu ölkələrlə bağlıdır» - «Mint» qəzeti Modidən sitat gətirir.
Dövlət başçısının sözlərinə görə, Hindistan həmişə sülh və dialoqa çağırır.
Bundan əvvəl BMT Baş Məclisində Hindistan Rusiyanı Ukraynaya qarşı fəaliyyətdə pisləyən qətnamənin səsverməsi zamanı bitərəf qalıb. Hindistan həm də BMT TŞ-da Baş Məclisin cağırılması məsələsinin səsverməsi zamanı bitərəf qalıb.