Pekin Honkonqun muxtariyyətini saxlayacaq – Çinin Baş naziri vəd edib

12-03-2022, 07:56           
Pekin Honkonqun muxtariyyətini saxlayacaq –
ÇXR hakimiyyəti vəd edib ki, Honkonqun yüksək muxtariyyətini saxlayacaq və bu zaman uzunmüddətli perspektivdə onun iqtisadi çiçəklənməsinə ümid edir.

Bu barədə martın 11-də Çinin Dövlət Şurasının Baş naziri Li Kenyan bəyan edib.

O, işarə vurub ki, Pekin ciddi şəkildə «bir ölkə - iki sistem» siyasətinə əməl etmək fikrindədir («TASS»).

Bu ərəfədə ÇXR Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U.Tsen bəyan edib ki, Çin Tayvanla sülh yolu ilə birləşmək kursuna ardıcıllıqla əməl edir, amma heç vaxt onun «müstəqilliyinə» dözməyəcək (RİA Novosti).

Onun sözlərinə görə, Tayvan məsələsi istisnasız olaraq, Çinin daxili işidir və bu məsələdə xarici müdaxilə yolverilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru