BMT Baş katibinin müavini: “Ukraynada atəşkəsə nail olmaq çox vacibdir”

12-03-2022, 09:55           
BMT Baş katibinin müavini: “Ukraynada atəşkəsə nail olmaq çox vacibdir”
“Ukraynada humanitar dəhlizlərin işi davam etdirilməlidir”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo BMT Təhlükəsizlik Şurasının Ukraynadakı biolaboratoriyalar üzrə iclasında deyib.

Onun sözlərinə görə, martın 9-da razılaşdırılmış altı dəhlizin beşindən 51 mindən çox insan təxliyə edilib:

“Mühasirəyə alınmış ərazilərdən mülki şəxslərin təhlükəsiz çıxışını və digər şəxslərə lazımi həyati xilasedici humanitar resursların çatdırılmasını təmin etmək üçün atəşkəsə nail olmaq çox vacibdir. Dəhlizlər aydın prinsiplər və modellər əsasında yaradılmalıdır. Mülki şəxslər qeyd olunan əraziləri könüllü olaraq seçdikləri istiqamətdə tərk etmək imkanları barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalıdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru