Ukraynadan rus əsgərlərinə çağırış: "Təyyarə gətir 1 milyon dollar qazan"- VİDEO

12-03-2022, 11:39           
Ukraynadan rus əsgərlərinə çağırış:
Rusiyanın Ukraynaya işğalçı hücumunun davam etdiyi bir vaxtda, Ukraynanın müdafiə sənayesi firmaları qeyri-adi addım atıblar.

BAKU.WS xəbər verir ki, "UKROBORONPROM" adlı şirkət hərbi helikopterlərdən ibarət video hazırlayaraq ictimaiyyətə təqdim edib.

Çarxda hazırda Rusiya-Ukrayna müharibəsində iştirak edən rus əsgərlərinə çağırış edilib.

Bildirib ki, hərbi təyyarələri işlək vəziyyətdə Ukraynaya təhvil verən rusiyalı pilota 1 milyon dollar (1 milyon 700 min AZN), hərbi helikopterləri təhvil verənlərə isə 500 min dollar (850 min AZN) məbləğində mükafat təqdim ediləcək.

Təqdim edilən video ictimaiyyət arasında ajiotaja səbəb olub. İndi hər kəs rus əsgərlərinin bu təklifi necə dəyərləndirəcəyini maraqla gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru