Xorvatiya Rusiyanın pilotsuz təyyarəsinin qəzaya uğramasına görə NATO-nu tənqid edib

13-03-2022, 09:19           
Xorvatiya Rusiyanın pilotsuz təyyarəsinin qəzaya uğramasına görə NATO-nu tənqid edib
Xorvatiya rəsmiləri Rusiya istehsalı olan pilotsuz təyyarənin ölkədə düşməsinə görə NATO-nu tənqid edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

NATO nümayəndəsi cihazın uçuş marşrutu haqqında bildiklərini söyləyib. Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib ki, bu barədə alyansdan heç kim ölkə hakimiyyətinə məlumat verməyib.

“Biz bu vəziyyətə dözə bilmərik. Bu, açıq təhdid idi. NATO və Avropa İttifaqı buna cavab verməlidir”, - baş nazir deyib.

Qeyd edək ki, təyyarə paytaxt Zaqrebdə tələbə yataqxanasının yaxınlığındakı sahəyə çırpılıb. Yerə düşənə qədər isə Rumıniya və Macarıstan ərazilərini keçib. Hadisə nəticəsində yaxınlıqda dayanmış 40 avtomobil zədələnib. Ölən və yaralanan yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru