Ukraynanın səhiyyə sistemi fəlakətlə üz-üzədir

14-03-2022, 11:07           
Ukraynanın səhiyyə sistemi fəlakətlə üz-üzədir
Ukraynanın səhiyyə sistemi son dərəcə gərgin şəraitdə işləyir və onun dağılması fəlakətə səbəb olacaq. AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) birgə bəyanatında deyilir. Təşkilatlar döyüşlər səbəbindən səhiyyə xidmətlərinə çıxışın əhəmiyyətli dərəcədə məhdudlaşdırıldığını bildirib. Ukraynada doğum evləri də daxil olmaqla xəstəxanaların oksigen və tibbi ləvazimatlarla təminatı çətinləşir.

Fevralın 24-dən Ukraynada 4,3 mindən çox doğuş qeydə alınıb, növbəti üç ayda isə 80 min qadının uşaq dünyaya gətirməsi gözlənilir. “Səhiyyə infrastrukturuna hücumlara dərhal son qoyulmalıdır. 31 belə hadisə baş verib, nəticədə 12 nəfər ölüb, 34 nəfər xəsarət alıb. Tibb müəssisələri, təcili yardım maşınları sıradan çıxarılıb”,- deyə məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru