Britaniya MN: “Rusiya qoşunları Ukraynanı beynəlxalq dəniz ticarətindən məhrum edib”

14-03-2022, 11:14           
Britaniya MN: “Rusiya qoşunları Ukraynanı beynəlxalq dəniz ticarətindən məhrum edib”
Rusiya qoşunları Ukraynanı beynəlxalq dəniz ticarətindən məhrum edib.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında qeyd olunur.

“Rusiya Hərbi Dəniz Qüvvələri Ukraynanın Qara dəniz sahillərini blokada vəziyyətinə salaraq, Ukraynanı beynəlxalq dəniz ticarətindən faktiki olaraq təcrid edib”, - deyə mesajda bildirilir.

Həmçinin nazirliyin brifinqində vurğulanıb ki, Rusiya donanması Ukrayna ərazisindəki hədəflərə raket zərbələri endirməkdədir, eləcə də Moskva Azov dənizinə bir dəfə dəniz desantı endirib və yaxın həftələrdə belə əməliyyatları davam etdirə bilər”.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru