Britaniyada xeyli aviareys təxirə salındı

7-04-2022, 10:04           
Britaniyada xeyli aviareys təxirə salındı
Böyük Britaniyanın aparıcı aviaşirkətləri yeni növ koronavirus epidemiyası səbəbindən çoxlu sayda işçinin icazəli olması nəticəsində uçuşları təxirə salır.

“British Airlines” bu gündən etibarən Londonun ən böyük hava limanı “Heathrow”dan yerinə yetirilməsi planlaşdırılan 78 reysi, “EasyJet” isə “Gatwick” hava limanından qalxması planlaşdırılan 30 reysi ləğv etdiyini açıqlayıb.

Pasxanın qeyd olunması səbəbilə sıxlığın yaşandığı Britaniya hava limanlarında gözləyənlərə epidemiya səbəbindən heyət çatışmazlığı ucbatından uçuşların baş tutmadığı deyilir.

“EasyJet” təkcə keçən həftəsonu 222 uçuşun ləğv edildiyini açıqlayıb.

Britaniyada uçuşları təxirə salınmayan sərnişinlər hava limanlarında yaranan “xaos” səbəbindən uzun növbələrlə üzləşirlər.

Mənbə: “Yeni Şafak”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru