ABŞ G20 sammitini boykot etmək niyyətində deyil - Ağ Ev
7-04-2022, 09:03
ABŞ G20 sammitini boykot etmək niyyətində deyil.
Trend-in məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi CenPsaki jurnalistlər üçün mütəmadi brifinq zamanı deyib.
"Yeddi ay qalıb - bir ömür, amma bu, bizim boykot etmək və yaiştirak etməmək istəyimizin təzahürü deyildi. Söhbət ondan gedirdiki, işlər həmişəki kimi görülməli deyil", - deyə C.Psaki maliyyənaziri Canet Yellenin İndoneziyada keçiriləcək G20 sammitindəRusiyanın qatılacağı bir sıra tədbirlərdə ABŞ-ın iştirak etməyəcəyibarədə açıqlamasını şərh edərkən deyib.
C.Yellen ABŞ-ın Rusiyanı sammitin iştirakçısı kimi görməkistəmədiyini də vurğulamışdı.
C.Psaki qeyd edib ki, daha sonra "C.Yellen bunun nazirlərsəviyyəsində olduğunu izah edib".
Xatırladaq ki, martın 24-də ABŞ prezidenti Cozef Baydenjurnalistlərlə söhbəti zamanı Rusiyanı G20-dən xaric etməyəçağırıb. Onun sözlərinə görə, Rusiya Federasiyasının xaric edilməsiməsələsi artıq müzakirə olunub, lakin G20 ölkələrinin hamısıbununla razılaşmır.