Belçikadan Rusiyaya 200 milyardlıq zərbə - Maliyyə əməliyyatları bloklandı

7-04-2022, 15:16           
Belçikadan Rusiyaya 200 milyardlıq zərbə - Maliyyə əməliyyatları bloklandı
Belçika, Aİ-nin Rusiyaya qarşı sanksiyalarına uyğun olaraq, Rusiyanın ümumi dəyəri 196,4 milyard avro olan maliyyə əməliyyatlarını bloklayıb.

Bizimxeber.az bildirir ki, bu barədə Belçikanın maliyyə naziri Vinsent Van Peteqem məlumat verib.

Ölkə Avropa İttifaqının sanksiyalarına məruz qalmış 877 fiziki və 62 hüquqi şəxsə məxsus 2,7 milyard avroluq aktivləri də dondurub.

Qeyd olunur ki, Belçika gömrüyü də satış üçün Rusiyaya gedən min dəbdəbəli avtomobilin qarşısını kəsib.

Həmçinin, limanlarda 23 mindən çox konteyner yoxlanılarkən sanksiyalardan yayınaraq Rusiya Federasiyasına göndərilən dəbdəbəli malların olduğu üç konteyner götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru