"Donbas uğrunda döyüş ikinci dünya savaşını xatırladacaq"
8-04-2022, 00:02
Donbas uğrunda gözlənilən döyüş ikinci dünya savaşını xatırladacaq, bu döyüşə minlərlə tank və digər silahlar cəlb ediləcək.
Bunu Brüsseldə mətbuat üçün brifinqdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib.
"Donbas uğrunda döyüş, - bunu sizə xatırladım, bunu təəssüflə deyirəm, amma bu, həqiqətdir, - ikinci dünya savaşını xatırlsdacaq, - Kuleba deyib. - Bu döyüş iri əməliyyatlarla, manevrlərlə, minlərlə tankın, zirehli texnikanın, təyyarələrin və artilleriyanın tətbiq edilməsilə baş verəcək. Bu, Rusiyanın buna hazırlığını nəzərə alsaq, lokal əməliyyat olmayacaq".
Ukraynalı nazirin sözlərinə görə, Rusiyanın öz planı var və bu döyüşün taleyi döyüş meydanında həll ediləcək.
Bundan əvvəl məlumat verilib ki, prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya qoşunlarının Donbasda Ukrayna hərbi birləşmələrini mühasirəyə almağına şübhə ilə yanaşıb, çünki bu rayonda onlar üçün əlverişsiz vəziyyət yaranıb.