İsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərinə blok qoyub

8-04-2022, 00:01           
İsveçrə Rusiyanın 8 milyard dollarlıq aktivlərinə blok qoyub
İsveçrə Rusiyanın 7,5 milyard İsveçrə frankı (8 milyard dollar) həcmində aktivlərini bloklayıb. Bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Ervin Bollindjer məlumat yayıb.

Qeyd edək ki, martın sonunda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi 5,75 milyard İsveçrə frankı məbləğində Rusiya aktivlərinin dondurulduğunu elan etmişdi.

Bu qadağalara bank hesabları, nağd pul, daşınmaz əmlak və incəsənət əşyaları da əlavə edilmişdi.

E. Bollindjerin sözlərinə görə, dondurulmuş aktivlərin 30%-ə qədər artması sanksiyaların həyata keçirildiyini göstəricisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru