Avropa şirkətləri rus almazlarını almaqdan imtina edir

8-04-2022, 09:18           
Avropa şirkətləri rus almazlarını almaqdan imtina edir
Avropa zərgərlik şirkətləri Rusiya almazlarından hazırlanmış brilyantları almaqdan imtina etməyə başlayıblar. Xammalın tədarükü isə artıq tətbiq edilmiş sanksiyalara daxil deyil.

Sıralarında “Cartier” və “Tiffany & Co” kimi şirkətlər olan bir neçə tanınmış brend artıq Rusiyanın “Alrosa” şirkətindən brilyant almaqdan imtina edib.

Bundan əlavə, dəbdəbəli malların istehsalı üzrə ixtisaslaşan İsveçrənin “Richemont” şirkətinin rəhbərləri “Alrosa” nümayəndələrinin iştirakı səbəbilə Məsul Zərgərlik Şurasından çıxdıqlarını açıqlayıblar.

“Alrosa” ABŞ və Böyük Britaniya tərəfindən də sanksiyalara məruz qalsa da, ABŞ hakimiyyəti qadağaların brilyantlara deyil, yalnız xammala aid olduğunu açıqlayıb.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru