Yaponiya Rusiyadan kömür idxalını tədricən azaldacaq. AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Xaqiuda deyib. - İdxalı azaldacağıq. Son nəticədə biz Rusiya daş kömürünü idxal etməməyə çalışacağıq, - nazir cümə günü jurnalistlərə açıqlamasında söyıləyib.
Haqiuda həmçinin vurğulayıb ki, Yaponiya bu addımın əhaliyə və sənayeyə təsirini azaltmaq üçün Rusiya kömürünə əvəz axtaracaq.
Qeyd edək ki, Rusiya Ukraynaya hücum edəndən sonra əksər ölkələr Rusiya ilə iqtisadi-ticari əlaqələri məhdudlaşdırıb. Tural Tağıyev