İsrail Çinin hədiyyə etdiyi termofincanlarda “böcəklərin” olmasından şübhələnir

13-04-2022, 08:57           
İsrail Çinin hədiyyə etdiyi termofincanlarda “böcəklərin” olmasından şübhələnir
İsrail kəşfiyyat xidməti Çin səfirliyi tərəfindən bağışlanan termofincanlarda “casus böcəkləri”nin olub-olmadığını yoxlamaq qərarına gəlib. Bu barədə məlumat “The Jerusalem Post” qəzetində dərc olunub.

“Vəziyyət aydın deyil, Baş Təhlükəsizlik Xidməti (Şabak və ya Şin-Bet, əks-kəşfiyyat fəaliyyəti və daxili təhlükəsizliyin təminatı məşğul olan xüsusi xidmət orqanı) insidentlə bağlı araşdırmaya başlayıb”, – deyə diplomatik mənbələrə istinadən qəzet yazıb.

İnnovasiya, elm və texnologiya naziri Orit Farkas-Hakoen üçün hədiyyə olaraq nəzərdə tutulan fincanlardan birinin içərisində dinləmə qurğusuna bənzəyən şübhəli əşya aşkar olunub. İsrail dövlət qurumlarına göndərilən bütün hədiyyələr araşdırmaların davamı məqsədilə geri götürülüb.

Öz növbəsində Çin səfirliyi bildirib ki, izləmə cihazları ilə bağlı xəbər “İsrail-Çin münasibətlərini pozmaq istəyən qüvvələr” tərəfindən yayılan “əsassız şayiədir”.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru