Bolqarıstan prezidenti Ukraynaya yardımın əleyhinə çıxdı

27-04-2022, 20:27           
Bolqarıstan prezidenti Ukraynaya yardımın əleyhinə çıxdı
Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya hərbi yardım göstərilməsinin qəti əleyhinə olduğunu bildirib.

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı deyib.

Onun fikrincə, Ukraynaya hərbi yardım göstərilməsi Bolqarıstanın münaqişəyə cəlb olunması demək olacaq. Prezident, həmçinin bir qrup bolqar deputatın Kiyevə səfərini dəstəkləməyib.

Radev bildirib ki, Bolqarıstan “sülhün bərqərar olması və münaqişənin dayandırılması” üçün səy göstərməlidir.

“Ukraynaya hərbi yardımın göstərilməsinə qəti yox deyirəm. Biz görürük ki, sülhə, münaqişənin tezliklə dayandırılmasına çağırışlar getdikcə azalır və onların yerini müharibə ritorikası, qələbə çağırışları alır. Ancaq “qələbə” sözünün nə demək olduğunu başa düşmək lazımdır, əgər bu, özünü məhv etmək və Avropanın iqtisadi cəhətdən məhvi deməkdirsə, o zaman düşünmürəm ki, ölkələrimiz bu istiqamətdə hərəkət etməlidir”, - deyə Bolqarıstan Prezidenti qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru