ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA: rus qoşunları boş sahələrə atəş açır

28-04-2022, 00:06           
ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA: rus qoşunları boş sahələrə atəş açır
ABŞ kəşfiyyatı rusların raket zərbələrinə qarşı ukraynalıların hava hücumundan müdafiə sistemlərininin cəld hərəkət etməsinə imkan yaratmaq məqsədi ilə kəşfiyyat məlumatlarını Ukrayna hərbi komandanlığı ilə bölüşür.

Teref.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı adı açıqlanmayan indiki və keçmiş ABŞ hökumət rəsmiləri "NBC News"a şərh veriblər.

ABŞ administrasiyasının hazırkı və keçmiş rəsmiləri deyirlər ki, Birləşmiş Ştatlar Rusiya hava hücumlarının yeri və vaxtı ilə bağlı daim Ukrayna hərbi və siyasi rəhbərliyinə məlumat verir.

Nəticədə, Ukrayna rəhbərliyi öz hava hücumundan müdafiə sistemlərini və təyyarələrini vaxtında köçürür, ona görə də Rusiya raketlərinin boş sahələrə tuş gəldiyi iddia edilir.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü təsdiqləyib ki, ABŞ administrasiyası hərbi vəziyyətlə bağlı ən son, ətraflı məlumat paylaşır.

Keçmiş yüksək rütbəli məmurun sözlərinə görə, ABŞ kəşfiyyatı Rusiya qoşunlarını və təyyarələrini izləyən orbitdəki kommersiya peyklərindən əməliyyat məlumatlarını ötürür.

Bundan əlavə, kəşfiyyat orqanları arasında aparılan bu məlumat mübadiləsi sayəsində işğalın ilk günlərində Ukrayna qüvvələri göyərtəsində yüzlərlə desantın olduğu böyük Rusiya nəqliyyat təyyarəsini vura bilib. Ruslar bu təyyarəni Gostomeldə hava limanına endirəcəkdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru