Konqres Rusiya səhmlərinin Ukrayna üçün müsadirəsi haqqında qanun layihəsini qəbul edib

28-04-2022, 09:18           
Konqres Rusiya səhmlərinin Ukrayna üçün müsadirəsi haqqında qanun layihəsini qəbul edib
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyası ilə əlaqəli aktivlərin Ukraynaya yardım məqsədilə müsadirə olunması haqqında qanun layihəsini qəbul edib.

Bu barədə “Report” “The New York Times”a istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya tərəfindən sanksiyalara məruz qalan hüquqi və fiziki şəxslərin aktivlərinin müsadirəsini nəzərdə tutan HR 6930 qanun layihəsini qəbul edib.

Müzakirələr zamanı qanun layihəsinin lehinə 417 konqresmen səs verib.

Layihə ABŞ-ın sanksiyalarına məruz qalan xarici qurumlardan müsadirə edilmiş və ya əldə olunacaq vəsaitlərin Ukraynanın yenidən qurulmasına və onun əhalisinə humanitar yardımın göstərilməsinə, habelə digər yardım növlərinə yönəldilməsi ilə bağlı müddəaları nəzərdə tutur.

Qanun qüvvəyə minməsi üçün Senat tərəfindən qəbul edilməli və ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru