Yunanıstan Rusiyadan qaz nəqli dayanandan sonra Bolqarıstana kömək edəcək

28-04-2022, 09:49           
Yunanıstan Rusiyadan qaz nəqli dayanandan sonra Bolqarıstana kömək edəcək
Yunanıstan Rusiyanın qaz nəqlini dayandırmasından sonra Bolqarıstana yardım təklif edib.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Baş nazir Kiriakos Mitsotakis və bolqarıstanlı həmkarı Kiril Petkov məsələni telefonla müzakirə ediblər. "Baş nazir bildirib ki, Yunanıstan Bolqarıstana Rusiyanın enerji qərarlarının yaratdığı yeni vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək", - Mitsotakisin ofisinin açıqlamasında deyilir.

Sofiya artıq Yunanıstan terminalı vasitəsilə çatdırılmaq üçün bəzi mayeləşdirilmiş təbii qaz (LNG) göndərilməsini sifariş edib.

Mitsotakis bildirib ki, iki qonşu arasında uzun müddətdir gecikən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qaz kəməri iyun ayına qədər hazır olmalıdır.

Qeyd edək ki, Yunanıstan illik enerji ehtiyacının 30%-dən çoxunu ödəmək üçün Rusiya qazından istifadə edir və 2026-cı ildə başa çatan müqaviləyə əsasən, "Qazprom"a növbəti ödənişi may ayında ödənilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru