Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıdı

28-04-2022, 11:02           
Kanada Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıdı
Kanada parlamenti Rusiyanın Ukraynaya hücumunu soyqırımı kimi tanıyıb.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.

Səsvermə deputat Heather McPhersonun Nümayəndələr Palatasına "Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırımı aktları törətdiyini" tanımaq üçün vəsatət təqdim etməsindən sonra başlayıb.

Çərşənbə günü Kanada parlamentinin üzvləri də Rusiya Prezidenti Vladimir Putinin və Dövlət Dumasının digər üzvlərinin rəhbərliyi altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi "bəşəriyyətə qarşı sistematik və kütləvi hərbi cinayətlərə dair kifayət qədər sübut" elan ediblər.

Kanada İcmalar Palatasının petisiyasına görə, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin qəsdən öldürülməsinin sistematik halları, cəsədlərin təhqir edilməsi, işgəncə, zorlama və s. daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru