Kanada 203 ukraynalıya sanksiya tətbiq etdi

28-04-2022, 10:01           
Kanada 203 ukraynalıya sanksiya tətbiq etdi
Kanadanın xarici işlər naziri Melani Coli Ukraynanın Donbassı ilhaq etməyə cəhd edən 203 separatçının adını sanksiya siyahısına saldıqlarını açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Coli Rusiyanın Ukraynanı qanunsuz və ədalətsiz işğalına cavab olaraq Xüsusi İqtisadi Tədbirlər Anlaşmaları çərçivəsində yeni sanksiya qərarları qəbul etdiklərini açıqlayıb.

"Bu yeni tədbirlər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdində Rusiyanın şəriki olduğu güman edilən Luqansk və Donetsk Xalq Respublikalarının 11 yüksək rütbəli məmuru və Xalq Şuralarının 192 digər üzvünə məhdudiyyətlər qoyur. Əraziləri ilhaq etmək beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru