Britaniya kəşfiyyatı: Qara dənizdə sualtı qayıqlar da daxil olmaqla 20-yə yaxın Rusiya gəmisi var – FOTO

29-04-2022, 00:01           
Britaniya kəşfiyyatı:
Qara dənizdə sualtı qayıqlar da daxil olmaqla 20-yə yaxın Rusiya gəmisi var. Onlar flaqman olan “Moskva” kreyserini itirsələr də, sahil boyu və Ukraynanın dərinliklərinə doğru zərbə endirə bilərlər.

Britaniya kəşfiyyatının belə qənaətləri barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi özünün “Twitter” hesabında məlumat yayıb.
Hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqlar Qara dəniz əməliyyat zonasında yerləşir”, – deyə məlumatda bildirilir.

Kəşfiyyat rəsmiləri xatırladıblar ki, Türkiyə hərbi gəmilərin Qara dənizə çıxışının qarşısını almaq üçün Bosfor boğazını bloklayıb, bu isə o deməkdir ki, Rusiya Federasiyası Qara dəniz donanmasının batmış flaqmanı olan “Moskva” kreyserini əvəzləyə bilməz.

“Ancaq “Moskva” və “Saratov” kimi utancverici itkilərinə baxmayaraq, Rusiya gəmiləri hələ də Ukraynanın sahil boyu və daha dərinlərində olan hədəfləri vurmağa qadirdir”, – deyə Britaniya kəşfiyyat rəsmiləri bildirib.
Mənbə: Liqa.Novini












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru