“Shell” Rusiyadan neft almayacaq

29-04-2022, 00:07           
“Shell” Rusiyadan neft almayacaq
Bu barədə “The Financial Post” yazıb

“Shell” şirkəti Rusiya neftinin alışına dair məhdudiyyətləri sərtləşdirərək yanacaq qarışıqları da daxil olmaqla hər hansı Rusiya tərkibli neft emalı məhsullarını daha qəbul etməyəcəyini açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə “The Financial Post” yazıb.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra şirkət Rusiya neftindən imtina edəcəyini açıqlayıb, lakin 50%-dən az yanacağı Rusiyadan olan məhsulları qəbul edib. İndi isə şirkət bu cür məhsullardan da imtina edəcəyini bildirib.

“Məhsul satışı üçün ərizə ilə müraciətin şərtləri satıcı tərəfindən satılan və çatdırılan malların Rusiya Federasiyasında istehsal olunmaması və Rusiya Federasiyasında istehsal olunan heç bir məhsulla qarışdırılmaması, satılan malların daşınmasının Rusiya Federasiyasından başlamaması və ya bu ölkədən tranzit keçidinin olmamasıdır”, - “Reuters” agentliyi “Shell”in “Platts” ticarət platformasında təyyarə yanacağının tədarükü üçün müraciətinə istinadən məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru