ABŞ ordusu ən böyük helikopteri aldı - VİDEO

29-04-2022, 08:48           
ABŞ ordusu ən böyük helikopteri aldı - VİDEO
ABŞ ordusu “Sikorsky CH-53K King Stallion” ağır nəqliyyat helikopterinin istismarına başlayıb. ABŞ Dəniz Piyadaları Korpusu (MCC) ABŞ arsenalında ən böyük təkrotorlu helikopter olan “CH-53K”nı əldə edib. Bu barədə “The Drive” məlumat yayıb.

Dəniz Piyadaları Korpusunun aviasiya üzrə komendant müavini, general-leytenant Mark Uayz bildirib ki, “CH-53K King Stallion” 461-ci Ağır Helikopter Eskadronu tərəfindən qəbul edilib. “CH-53K” ilkin istismar hazırlıq dərəcəsindədir.

Bu helikopter “CH-53E Super Stallion”u əvəz etmək üçün nəzərdə tutulub. “CH-53K”nın ilk uçuşu 2015-ci ildə baş tutub. Helikopter üç “General Electric GE38-1B” mühərriki olan bir enerji mənbəyi ilə təchiz olunub. “King Stallion” 12 min kiloqramdan çox çəkisi olan yükləri daşıya bilir. “CH-53K”nın maksimal uçuş məsafəsi 865 kilometrdir.

Aprel ayında “Sikorsky” şirkətindən qabaqcıl “Raider X” hücum helikopterinin 85 faiz hazır olduğu bildirilmişdi.

Həmin ayın əvvəlində ABŞ təkmilləşdirilmiş “UH-60V Black Hawk” helikopterini sertifikatlaşdırdı.

Mart ayında Amerikanın “UH-60” təyyarəsi ilk dəfə tam pilotsuz rejimdə uçdu. Helikopter “Sikorsky MATRIX” sistemi ilə təchiz olunub.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru