Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib

29-04-2022, 10:04           
Bundestaq Ukraynaya ağır alman silahlarının tədarükünə razılıq verib
Almaniya Parlamentinin Aşağı Palatası (Bundestaq) Ukraynanın maraqları dairəsində ağır silahların tədarükü təşəbbüsünü böyük səs çoxluğu ilə təsdiqləyib.

Qanun layihəsində deyilir: “Rusiyanın geniş şəkildə beynəlxalq bazarlardan iqtisadi izolyasiyası və blokadası ilə yanaşı hərbi əməliyyatları dayandırmağın ən mühüm və effektiv vasitəsi güclü silahların və mürəkkəb sistemlərin, o cümlədən ağır silahların tədarükünü intensivləşdirmək və sürətləndirməkdir”.

Bundestaqın vitse-prezidenti Volfqanq Kubiçkinin sözlərinə görə, qanun layihəsi həm Almaniyanın hakim koalisiyasının üç partiyası, həm də müxalifət mühafizəkarları tərəfindən dəstəklənib və 586 lehinə, 100 əleyhinə, 7 deputat bitərəf olmaqla qəbul edilib.

Mənbə: Rambler.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru