“Putin Serbiyanın kürəyinə bıçaq sancdı” - Serblər Rusiyadan İNCİDİ - FOTO

30-04-2022, 08:14           
“Putin Serbiyanın kürəyinə bıçaq sancdı” -
Serbiyada hökumətyönlü media müharibənin əvvəlindən Rusiya Federasiyasına müsbət yanaşırdılar. Ancaq bir gündə hər şey dəyişdi.

KONKRET.az xəbər verir ki, aprelin 26-da Putin bildirib ki, DXR və LXR Kosovo kimi mərkəzi hökumətin icazəsi olmadan öz suverenliklərini təyin etmək hüququna malikdir.

Bu, Serbiyada 180 dərəcə dönüşə səbəb olub. Dünəndən qəzetlərdə gördüyünüz başlıqlar bunlardır:

“Putin Serbiyanın kürəyinə bıçaq soxdu: Kosovonu Donbasa dəyişdi”;

“Biz qlobal münaqişənin əvəzini ödəyirik: Putin Kosovo kartı ilə oynayır”;

“Priştina, Zaqreb və Sarayevo Putinin bəyanatını qeyd edir”;

“Çılpaq maraq: Putin Serbiyanın Kosovo ilə bağlı mövqeyini nəzərə almadan Rusiyanın maraqlarını müdafiə edir”.

Bu qəzetlər hakim Serb Tərəqqi Partiyasına yaxındır və Serbiyada ən çox tirajla nəşr olunur.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda sağçı fəallar Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılmasında Serbiyanın səsverməsinə etiraz edib.

Onlar serblərlə rusların daimi qardaş olduğunu, Serbiya Prezidenti Aleksandar Vuçiçin bu qardaşlığa xələl gətirdiyini bildiriblər.

Həmçinin BMT-də qəbul edilən qərarların onların adından alınmadığını bildirən fəallar Rusiyanın Ukrayna müharibəsində qalib gəlməsinin Serbiyanın xeyrinə olacağını qeyd ediblər.

Serb xalqının 85 faizinin sanksiyalara qarşı olduğunu bildirən etirazçılar, Rusiyaya qarşı “xain və əxlaqsız” qərarların ləğv edilməli olduğunu bildiriblər.

Serblər illərdir rusiyapərəst olublar və hətta xüsusi əməliyyat başlayandan sonra da Putini heç vaxt tənqid etməyiblər. Görünür, Serbiya hökuməti kursu dəyişmək qərarına gəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru