Hindistan Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirməyin yollarını axtarır

30-04-2022, 00:32           
Hindistan Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirməyin yollarını axtarır
Hindistan səy göstərir ki, Qərb ölkələri tərəfindən sanksiya tətbiq olunmuş şəraitdə Rusiya ilə qarşılıqlı iqtisadi fəaliyyəti sabitləşdirsin və idarələrarası qrup Moskva ilə ödəniş hesablaşmaların mexanizmini öyrənsin.

Bu barədə aprelin 28-də Hindistan xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Arindam Baqçi xəbər verib.

«Bizim məqsədimiz ondan ibarətdir ki, görək, biz iqtisadi sövdələri necə sabitləşdirə bilərik və ya Rusiya ilə iqtisadi qarşılıqlı fəaliyyəti indiki şəraitdə necə həyata keçirə bilərik» - Baqçi qeyd edib.

Onun sözlərinə görə, Qərb ölkələri tərəfindən birtərəfli qaydada tətbiq edilmiş sanksiyalar Hindistana da təsir edə bilər.

«Ehtimal var ki, bu sanksiyalar bizə də təsir göstərə bilər və məhz buna görə də biz, idarələrarası və digər müzakirələr aparırıq ki, görək, bizim Rusiya ilə iqtisadi əlaqələrimizi necə sabit saxlaya bilərik və həm də görək, necə zəmanət verə bilərik ki, bizim maraqlarımız toxunulmamış qalsın» - Hindistan XİN rəsmi nümayəndəsi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru